Termotransfer çapı informasiyanın çəkilməsi prosesinin nisbi sadəliyi hesabına geniş yayılmışdır və qızdırılan çap başlığı ilə markalalanan səth arasında yerləşən ribbonun (çox qatlı lent) arxa tərəfində yerləşən mürəkkəblərin əritməsi prinsipinə əsaslanır.
Çap başlığı məhsul qablaşdırma səthinə keçirilən və sonra çox tez soyulan tələb olunan sahələrdə mürəkkəbi qızdıraraq materialın səthi üzərində yüksək həlli aydın təsvir yaradır.
Ribbonun dəyərli üstünlükləri su, spirt və müxtəlif həlledicilər kimi mənfi ekoloji amillərin təsirinə qarşı müqavimətdir. Ribbon praktiki olaraq vaxt keçdikcə xüsusiyyətlərini itirmir.
Üstünlükləri:
- Alınan təsvirin yüksək keyfiyyəti
- V seriyalı termotransfer printerlərinin yığcam ölçüləri
- Termotransfer üsulu ilə çəkilən təsvirlər xarivi atmosfer və mexaniki təsirlərə yüksək davamlılığa malikdir
- Məlumatların plyonka üzərinə yüksək çəkilmə sürəti
Bizim şirkət " Arcon Azərbaycan" termotransfer printerlər üçün istehlak materiallarının geniş çeşidini təqdim edir. Həmçinin, bizdə lazımi parametrləri ilə ribbon və digər istehlak materialları almaq olar. Avadanlıq dünyanın aparıcı istehsalçılarından gətirilir və ən yüksək beynəlxalq keyfiyyət standartlarına cavab verir.