RU / AZ

+994 502473220

Arkon Azərbaycan 

Texnologiya haqqında

Termik damcılı şırnaq texnologiyası (t.n. BubbleJet) yaxşı sınaqdan keçirilmiş çap üsuludur; Bu üsul təmiz, etibarlı olmaqla böyük xidmət xərcləri və böyük istehsal sahələri tələb etmir.

G seriyalı Domino termik damcılı şırnaq printerləri əczaçılıq, qida məhsulları sənayesi, kosmetika və şəxsi gigiyena və tütün sənayesində geniş istifadə olunur.

Termik damcılı şırnaq çapının üstünlükləri: 

  • Yüksək sürət - yüksək tezliklə işləyən yüzlərlə mikroskopik çiləyicilərdən  istifadə edərək yüksək sürətlə yüksək keyfiyyətli çap təmin edilir
  • Çap səthində mürəkkəb mürəkkəb damcılarının çox səliqəli yerləşdirilməsi nəticəsində çap olunan qrafika və mətn yüksək keyfiyyəti təmin edilir
  • Asanlıqla xidmət  göstərilməsi - printerlərin quraşdırılması və onlara saxlanılması üçün heç bir xüsusi təlim tələb olunmur
  • Minimum xidmət xərcləri ilə bərabər yüksək etibarlılıq - çap başlığında kartricin dəyişdirilməsi bir dəqiqədən az müddətdə və servis mühəndisi çağırımadan həyata keçirilə bilər 
  • Çeviklik - eyni zamanda bir neçə başlıqlardan istifadə etməklə çap, qara mürəkkəbin rəngli mürəkkəbə dəyişdirilməsi yalnız kartricin dəyişdirməsi ilə  təmin edilir 
  • Səmərəlilik - aşağı istismar dəyəri, sadə, sürətli və təmiz mürəkkəb dəyişdirmə proseduru, yuyulma və istilik ehtiyacının olmaması sönmə və qoşma vaxtını minimuma salır 

İş prinsipi 

Domino termik damcılı şırnaq printerlərində fotolitoqrafik üsulla hazırlanmış kiçik elektrik qızdırılan kameraların quraşdırılmış kütləsi olan kartriclər istifadə olunur. Bir şəkil yaratmaq üçün, printer kameralarda buxar mikropartlayışın baş verməsi və köpüklərin yaranması üçün qızdırıcı elementlər vasitəsilə elektrik impuls yönəldir və həmin köpük mütəkkəb damcıları çiləycidən xaricə çıxardır. Mürəkkəb damcıları  çap səthində yüksək dəqiqliyi ilə yerləşdirilərək mətn, qrafik şəkillər və ya ştrix kodu formalaşdırır.