RU / AZ

+994 502473220

Arkon Azərbaycan 

Texnologiua haqqında

Texnologiya hər hansı bir material üzərində böyük şriftləri çap etmək üçün istifadə olunur və qapaq şırnaq çapı prinsipinə əsaslanır. Qapaqlarla təchiz edilmiş xüsusi çiləyicilər artıq təzyiqin təsiri altında mürəkkəb damcıları yaradır, bu halda qapağın açılış müddəti damlacığın ölçüsünü formalaşdırır. Çap başlığındakı çiləyicilər qablaşdırma qutunun keçməsi zamanı nöqtvi matritsa təsvirinin formalaşdırılmasını təmin etmək üçün bir-birinin üzərində yerləşir.

İri işarəli qapaq çapı

Macrojet, Casesoder və C-seriyalı iri işarəli qapaq printerləri qrup şəklində qablaşdırma materialı üzərində iri işatələrin çap etməsi üçün xüsusi olaraq hazırlanmış və son istehlakçının bütün spesifik tələblərinə cavab verir. Macrojet və CaseCoder, eləcə də digər qapaq şırnaq printerləri su və yağ əsaslı, eləcə də həlledici maddə əsaslı (Macrojet) mürəkkəblə işləyə bilər.

Qapaq şırnaq texnologiyaları məsaməli və qeyri-məsaməli səthlər, məsələn, yivli xarici qablaşdırma səthləri, kisələr, rezin, metal, PVC üzərində çap zamanı istifadə oluna bilər. 

Qapaq şırnaq çapı - İş prinsipi 

Qapaq şırnaq çap texnologiyasında hər biri öz qapaqları ilə təchiz edilmiş və müstəqil şəkildə idarə olunan bir sıra çiləyicilərdən istifadə olunur. Qapaqlar bir-birindən asılı olmayaraq açılır və bağlanır, təzyiq altında işləyən tək mürəkkəb damcıları meydana gətirir. Məhsulun çap başlığı qarşısında keçdiyi zaman bu damcılar məhsulun səthi üzərində matritsa işarələri və şəkilləri yaradır.


Əsas üstünlüklər:

  • Adi məlumatların münasib çapı: tarix, vaxt və mətn

  • Asan idarəermə və xidmət 

  • Mürəkkəb fasiləsiz təzyiq altında başlığa ötürülür, bu da çap üçün fasiləsiz mürəkkəb təchizatı təmin edir.