RU / AZ

+994 502473220

Arkon Azərbaycan 

Texnologiya haqqında

 

ТTexnologiya kifayət qədər yenidir, lakin yoxlanlmış texnologiya və işləmələrlə əsaslanır. Etiket açıcı qurğu vasitəsilə xüsusi bıçağa verilir, hansı ki, onu alt qatından ayırır və müxtəlif keçirici mexanizmləri (təmaslı və təmassız) vasitəsilə qablaşdırmanın üzərinə yapışdırır. Etiketləmə avadanlığı istehlak materiallarının dəyişməsi və quraşdırma üçün minimum məkan  tələb edir. Bu texnologiya istənilən istehsal xəttinə tətbiq edilə bilər.

Ventus applikator printerləri 

Ventus etiketləmə avtomatları real vaxt rejimində müxtəlif formatlı öz-özünə yapışan etiketləri çap etmək və taraya yapışdırmaq üçün nəzərdə tutulmuşdur. Etiketləmə avadanlığı kompakt modul konstruksiyaya malikdir, bu da onu asanlıqla istehsala inteqrasiya etməyə imkan verir. Etiketləyicilər yüksək keyfiyyəti və etibarlılığı, rəngləmə lentinin qənaətli istehlakı və funksionallığı ilə fərqlənirlər. Bir etiketləmə maşını məhsulların etiketlənməsi ilə bağlı bir sıra vəzifələri yerinə yetirə bilər.

Ventus 510a printeri - pnevmatik hava etiketləyicisi

Ventus 610a printeri - çəkilən tapança ilə pnevmatik etiketləmə avtomatı.

Ventus 810a printeri - pallet etiketləməsi üçün pnevmatik etiketləyici

Ventus 910a printeri - diyirlətmə ilə pnevmatik etiketləmə avtomatı. 

Ventus 1010a printeri - arxa və ön yapışdırma üçün nəzərdə tutulmuş pnevmatik etiketləşdirici.

İstənilən Ventus etiketləmə avtomatı həm sağtərəfli, həm də soltərəfli icra variantında sifariş edilə bilər.
 

Ventus etiketləmə maşınlarının istismar xüsusiyyətləri: 

  • Prosessorun idarə edilməsi ilə iş

  • Ethernet, LPT, RS232, VLAN mövcudluğu

  • Klaviatura və ekran vasitəsilə tənzimləmə imkanları 

Collamat applikatorları 

Collamat etiketləmə sistemi məmulatın özünə və ya onun qablaşdırmasına etiketlərin səliqəli yapışdırılması üçün nəzərdə tutulmuşdur. Etiket mətbəədə əvvəlcədən çap edilə bilər və ya etiketə qoyulmadan əvvəl bilavasitə informasiya etiketinə tətbiq etmək üçün çap blokunun quraşdırılması mümkündür. Etiket məhsulun bir (yuxarı, aşağı, yan) və ya bir neçə tərəfinə yapışdırıla bilər.

M seriyalı Domino applikator printerləri 

M-seriyalı Domino applikator printerləri yüksək texnologiyalı yığcam cihazı olmaqla  etiketlərin çap edilməsi və malın qablaşdırılmasına etiketlərin yapışdırılması üçün nəzərdə tutulmuşdur. Bu cihazlar dəyişən məlumatları çap etməyə imkan verir və məhsulların etiketlənməsi ilə bağlı hər hansı bir problemi həll edə bilir.

INTREX Etiketləmə avadanlığı 

INTREX, sadə vəzifələri həyata keçirmək üçün nəzərdə tutulmuş etiketləmə başlıqları olmaqla həmçinin kompleks avtomatik etiketləmə sistemləri, məhsuldarlığı və konfiqurasiyası müştərinin ehtiyaclarına və tələblərinə cavab verən avtomatik etiketləmə sistemləridir.