RU / AZ

+994 502473220

Arkon Azərbaycan 

Termotransfer çapı malın etiketinə mətn və ya qrafik informasiyanın vurulması üsullarından biridir. Boyanın keçirilməsi  termoprinterdə termotransfer lentin (Ribbon) nöqtəvi qızdırması vasitəsilə 120-190 dərəcəyə qədər etiketlə təmas yerində həyata keçirilir. İnformasiyanın aralıq daşıyıcısı olan ribbon otaq temperaturunda quru qalır.

Termotransfer çapı üçün etiketlər aşağıdakı üstünlüklərə malikdir: 

  • Mətnin və qrafik təsvirlərin yüksək dəqiqliyi; 
  • Temperatur və digər təsirlərə davamlılıq; 
  • Kağız, plyonka, sintetik materialları üzərinə etiket çəkilməsi imkanı.

Termoprinter məhsulun markalanması üzrə tapşırıqların geniş spektrini həll etməyi üçün imkan verir. Mətnin və ya təsvirin bu üsulu ilə çəkilməsi zamanı ribbon tipini seçmək olar ki, onun vasitəsilə çap edilmiş etiket aşınmaya, suyun və kimyəvi maddələrin təsirinə (məsələn, yuyucu vasitələr) davamlıdır.

Termotransfer printerləri asanlıqla hər hansı bir istehsal xətti üzərində quraşırıla bilər. Konstruksiyanın hərəkətliliyi və erqonomikliyi sayəsində çap cihazı üfüqi və ya şaquli qablaşdırma sistemində quraşdırıla bilər.

Termoprinter, markanın çəkilməsi ilə qablaşdırma materialının uzadılması prosesini sinxronlaşdırmağa imkan verən, inteqrasiya edilmiş inkoder ilə etibarlı bir bağlama sistemi ilə təchiz edilmişdir. Əlavə seçim olaraq, printer üçün yönəldici diyirçəklər də təklif olunur.